Belarus hokkey üzrə dünya çempionatına buraxılmayıb

07.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) Şurası Belarusun kişilərdən ibarət əsas və gənclər yığmalarının 2027-ci il dünya çempionatlarından kənarlaşdırılması barədə qərarı qüvvədə saxlayıb. Bu barədə təşkilatın rəsmi saytında məlumat verilib. IIHF-nin İntizam Komitəsi Belarus Hokkey Federasiyasının apellyasiya şikayətini qismən təmin etsə də, komandaların beynəlxalq turnirlərə dərhal qayıtması üçün əsas tapılmayıb.

Federasiyadan bildirilib ki, qərar qəbul edilərkən hər iki yarışın təşkilati şərtləri nəzərə alınıb. Bu amillər sırasında turnirlərin strukturu, oyun təqvimi, bilet satışı və infrastrukturun hazırlanması yer alıb. Nəticədə Belarus komandaları qarşıdakı mövsümün dünya çempionatlarının iştirakçıları sırasına daxil edilməyib.

IIHF Rusiya yığmaları ilə bağlı vəziyyətə də ayrıca münasibət bildirib. Təşkilat İdman Arbitraj Məhkəməsinin (CAS) rusiyalıların 2026/27 mövsümündə federasiyanın himayəsi altında keçirilən yarışlara buraxılmasını tələb edən qərarı ilə razılaşmadığını açıqlayıb. Bununla belə, federasiya məhkəmənin göstərişlərini yerinə yetirmək, turnirlərin sabitliyini və təşkilatın maliyyə dayanıqlığını qorumaq üçün zəruri şərtləri qiymətləndirmək niyyətindədir. Növbəti addımların müzakirəsinə milli assosiasiyaların, o cümlədən Rusiya Hokkey Federasiyasının cəlb olunması planlaşdırılır.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью