Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək

08.06.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Belarusun BATE klubu UEFA Konfrans Liqasının təsnifat mərhələsinin ev oyunlarını Azərbaycanda keçirəcək.

Modern.az xəbər verir ki, klub ev oyunları üçün iştirak etmək üçün UEFA-ya Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunu sifariş edib.

Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkatması iyunun 16-da baş tutacaq. Oyunlar iyulun 9-u və 16-da keçiriləcək. BATE səpələnmişlər səbətində yer alacaq.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasındakı müharibə ilə əlaqədar UEFA Belarus klublarına avrokubok oyunlarını doğma meydanda keçirmək qadağası qoyub.

(Trend)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью