Belarus klubunun futbolçusu Azərbaycan yığmasına çağırıldı

06.11.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Belarusun “Dnepr” klubunun futbolçusu Müzəffər Qurbanov Azərbaycanın U-21 yığmasına dəvət alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Moqilyev təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

U-21 noyabrın 9-dan 17-dək Bakıda toplanış keçəcək. Komanda burada Omanın U-23 kollektivi ilə yoldaşlıq matçlarında qüvvəsini sınayacaq.

Müzəffər Qurbanov 2024-cü ildən “Dnepr”də çıxış edir. 20 yaşlı vinger bu mövsüm 5 oyunda forma geyinib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью