Belarus millisinin baş məşqçisi istefaya göndərildi

04.12.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Belarus millisinin baş məşqçisi istefaya göndərildi

Belarus milli komandasının baş məşqçisi Karlos Alos vəzifəsindən azad edilib.

QOL.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Tərəflərin qarşılıqlı razılıq əsasında müqaviləni ləğv etdiyi bildirilib.

Qeyd edək ki, İspaniyalı mütəxəssis 2023-cü ilin yayından Belarus millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 26 oyun keçirib, 6 qələbə qazanıb, 10 dəfə məğlubiyyətlə üzləşib və 10 oyunda heç-heçə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью