Belarus millisinin oyunçusu axtarışa verilib

21.08.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Belarus Daxili İşlər Nazirliyi belaruslu futbolçu Nikolay Zolotovu axtarışa verib. Sport24.az xəbər verir ki, bu barədə adı çəkilən ölkənin mətbuatı məlumat yayıb.

Futbolçu hazırda Moldova "Zimbru"sunun formasını geyinir. Onun Vitebsk bölgəsində cinayət işi ilə bağlı axtarışda olduğu bildirilir.

Belarus mediasının məlumatına görə, ölkənin idman naziri Sergey Kovalçuk hökuməti tənqid etdiyinə və Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını pislədiyinə görə 31 yaşlı oyunçunun adını "qara siyahı"ya salıb. 

Qeyd edək ki, Zolotov Belarus millisində 14 oyun keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью