Belarus millisinin yeni baş məşqçisi məlum olub

14.12.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Belarusun futbol üzrə milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

İdman.Biz xəbər verir ki, daha əvvəl Rusiyanın “MOİK” və “Krasnodar” klublarını çalışdırmış Viktor Qonçarenko Belarus yığmasının baş məşqçisi postuna təyin olunacaq. Mütəxəssislə 2027-ci ilə qədər müqavilə imzalanacağı gözlənilir.

Məlumata əsasən, Qonçarenkonun aylıq maaşı 20 min avro (təxminən 37 min AZN) təşkil edəcək. Onun məşqçilər korpusuna Aleksandr Yermakoviç də daxil olacaq.

Qeyd edək ki, bir müddət əvvəl Belarus milli futbol komandasının baş məşqçisi Karlos Alos və federasiya arasında müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью