Belarus Müdafiə Nazirliyi ölkə ətrafında gərginliyin artdığını bildirib

06.11.2024

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Belarus Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə ətrafında gərgin vəziyyətin azalması üçün heç bir əsas görmür.

Oxu.Az-ın məlumatına görə, bu barədə Belarus Silahlı Qüvvələri Baş Qərargahının müavini general-mayor Vladimir Kupriyanyuk "Belarus Hərbi Qəzeti"nə açıqlama verib.

"Ümumiyyətlə, yaxın perspektivdə Belarus Respublikası ətrafında hərbi-siyasi vəziyyət yüksək gərginliyini qoruyub saxlayacaq. Belarus Respublikası prezident seçkisinin rəsmi tarixinin elan edilməsindən sonra cəmiyyətdə etiraz potensialının artırılmasına yönəlmiş destruktiv hərəkətlər artacaq və 2025-ci ilin əsas seçki kampaniyası yaxınlaşdıqca daha da güclənəcək", - deyə V.Kupriyanyuk bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью