Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Belarus ilə Çin arasında əlaqələrin növbəti mərhələsi başlayıb. Artıq Belarus Çinlə süni intellekt və dəqiq əkinçilik üzrə laboratoriyaları da yaratmaq istəyir.
Reyting.az-ın məlumatına görə, Belarus Milli Elmlər Akademiyasının rəsmi “Telegram” kanalında bildirilib ki, yanvarın 21-də paytaxt Minskdə Milli Elmlər Akademiyası ilə Çinin biznes nümayəndələri arasında süni intellekt və dəqiq əkinçilik sahələrində birlikdə elmi laboratoriyaların yaradılması ilə bağlı müzakirələr aparılıb.
Görüşdə elmi əməkdaşlıq, birgə layihələr və "Çjunquançun–2026" forumunda Belarus elm adamlarının iştirakı məsələsi də müzakirə olunub.
Belarus Respublikasının müxtəlif sahələrdə, həmçinin elm aləmində inkişafının əleyhinə olmayan müxalifyönlü bir çox siyasi fəallar, bəzi blogerlər və jurnalistlər son zamanlar Belarusla Çinin elmi, texnoloji sahələrdə sıx əməkdaşlığının əslində, Lukaşenko iqtidarının siyasi maraqlarına xidmət edən bir yaxınlaşma olduğunu düşünürlər.
Belarusla Çin əlaqələrini Rusiya ilə münasibətlər fonunda şərh edən bəzi təhlilçilərin fikrincə, prezident Lukaşenkonun rəhbərlik etdiyi Belarus artıq "böyük qardaş" axtarışına çıxıb.
Lakin Lukaşenko rejiminə qarşı çıxan digər qruplar bütün deyilənlərin mənasız ehtimal olduğunu söyləyiblər və hətta ilk fürsətdə belə, Rusiya zəifləyərsə, Lukaşenkonun Çini deyil, məhz Qərbi seçəcəyi ilə bağlı iddialar səsləndiriblər.
Oqtay QORÇU