Belarus Polşa sərhədində afrikalı qadın cəsədi tapılıb

04.10.2025

Icma.az, Dogru.az portalına istinadən məlumat verir.

Belarus sərhədçiləri Polşa ilə sərhəddə afrikalı qadının cəsədini aşkarlayıblar.

Doğru.az xəbər verir ki, Belarus Dövlət Sərhəd Komitəsinin məlumatına görə, oktyabrın 2-də Brest sərhədçiləri Kamenets rayonunda ölü afrikalı qızın meyitini tapıblar. Cəsəd Polşa hasarının yaxınlığında yerləşib.

Komitə xatırladıb ki, 2021-ci ildən bəri Aİ sərhədində 76 qaçqın cəsədi aşkar edilib.

Qeyd edək ki, Polşa daha əvvəl öz vətəndaşlarını Belarusu tərk etməyə çağırmışdı.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью