Belarus prezidenti 29 nəfəri əfv etdi

09.12.2024

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belarus prezidenti Aleksandr Lukaşenko ekstremist cinayətlər törətmiş 29 şəxsi əfv edib.

News24.az xəbər verir ki, bu barədə Belarus dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əfv edilənlərin 11-i qadın, 18-i kişidir. Onlardan 6 nəfəri 25 yaşdan aşağı, 3 nəfər pensiyaçı, 2 nəfər əlil, 15 nəfər xroniki xəstəlik keçirən şəxsdir.

Qeyd edilib ki, Daxili İşlər Nazirliyi əfv olunan şəxslərin qanuna riayət etmələrinə nəzarəti təmin edəcək.

Lukaşenko noyabrda 60-dan çox adamı əfv etmək qərarına gəlib, sentyabrın 16-da isə ekstremist cinayətlərə görə məhkum edilmiş 37 nəfərin əfv edilməsi haqqında sərəncam imzalayıb. Bundan əvvəl, sentyabrın 4-də prezident 30, avqustun 16-da isə daha 30 nəfəri əfv edib.

Aynurə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью