Belarus rus odekolonunun satışını qadağan etdi

26.11.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Belarusda Rusiya istehsalı olan “Saşa” odekolonunun Gömrük İttifaqının Texniki Reqlamentinin tələblərinə uyğun gəlmədiyi üçün satışına qadağa qoyulub.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, odekolonun tərkibində kosmetik və ətriyyat məhsullarının istehsalında istifadəsi qadağan edilmiş, allergik reaksiyalara səbəb ola bilən Lilial maddəsi aşkarlanıb.

Qeyd edək ki, bu maddə 2022-ci ildən AB-də, 2023-cü ildən isə Aİİ-də kosmetik məhsulların istehsalında istifadəsi qadağan edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью