Belarus Rusiya ilə təhlükəsizlik sazişini təsdiqləyib

26.02.2025

Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Belarus Milli Assambleyasının Nümayəndələr Palatası Rusiya Federasiyası ilə İttifaq dövlətinin sərhədləri daxilində təhlükəsizlik zəmanətləri haqqında sazişi təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bu müqavilə respublikada Rusiya hərbi obyektlərinin yaradılmasına imkan verəcək.

Agentlik qeyd edir ki, Belarus parlamentinin aşağı palatası tərəfindən qəbul edilmiş sazişin ratifikasiyası haqqında qanun layihəsi də Belarus Respublikası Milli Məclisinin Şurası (yuxarı palata) tərəfindən təsdiq edilməlidir. Daha sonra sənəd imzalanmaq üçün prezidentə göndəriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью