Belarus Rusiyanın Su 30 larını alır

11.05.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Belarus mayın sonunda Rusiyanın "Su-30SM2" qırıcılarının ilk cütünü almağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Belarus SQ-nin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Andrey Lukyanoviç məlumat verib.

"Biz "Su-30SM2"nin ilk cütünü sözün həqiqi mənasında yaxın gələcəkdə, hətta mayın sonunda alacağıq. Təyyarələr daha təkmildir və müasir avionikaya malikdir. Onların imkanları tamamilə fərqlidir", - o deyib.

Komandirin sözlərinə görə, Belarus Silahlı Qüvvələri yeni aviasiya texnikası, xüsusən də yeni Mi-35M helikopterləri və Su-30SM təyyarələri alır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью