Belarus səfiri ADU da qonaq oldu

20.06.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyunun 19-da Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

Axar.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, Azərbaycan-Belarus əlaqələri strateji tərəfdaşlıq səciyyəsi daşıyır və əməkdaşlıq dinamikası yüksələn xətt üzrə inkişaf edir.

“Bizi bir-birimizə möhkəm dostluq münasibətləri bağlayır. Ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi elmi, mədəni sahələrdə də əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. ADU-da fəaliyyət göstərən Belarus dili və mədəniyyəti mərkəzi əlaqələrimizin qurulması baxımından mühüm əhəmiyyətə malikdir. ADU tələbələri Belarus dilinə və mədəniyyətinə böyük maraq göstərir”, - Kamal Abdulla bildirib.

Səfirə ADU-da fəaliyyət göstərən mərkəzlər haqqında məlumat verilib.

Rektor səfiri ADU-nun “Məzun günü”nə dəvət edib.

Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью