Belarus şirkəti Azərbaycanda liftləri modernləşdirir

28.10.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.


Belarusla lift istehsalı və təchizatı sahəsində uzunmüddətli əməkdaşlıq çərçivəsində Azərbaycanda “Moqilyovliftmaş” ilə lokal istehsalın genişləndirilməsi üzrə işlər davam etdirilir.
APA-nın xəbərinə görə, bunu bu gün Bakıda Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında Azərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri Samir Şərifov bildirib.
Qeyd edilib ki, 2025-ci ildə 200 liftin modernləşdirilməsi və quraşdırılması nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью