Belarus şirkətləri Rusiyaya 20 mindən çox dron satıb | Icma.az
Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Belarus Respublikasının Qomel şəhərindəki "Santeks" zavodu Rusiya sanksiyalarından dolayı bu ölkəyə "DJI" dronları tədarük edir.
Araşdırmalara görə, zavod 2022–2023-cü illərdə Rusiyaya 309 ədəd dron satıb ki, bu dronlar da Rusiyaya məxsus "Santross" və "Rustakt" şirkətlərinə göndərilib.
Reyting.az-ın məlumatına görə, "Rustakt" şirkəti həm də Çindən çox böyük həcmdə elektronika avadanlıqları alıb kamikadze dronları istehsal edir.
Hazırda bu sahədə fəaliyyətini davam etdirən "Rustakt" şirkətinin hətta Rusiya hərbi qurumlarından 1,12 milyard dollarlıq sifariş aldığı da bildirilib.
Bununla bağlı müstəqil tədqiqatlar aparan Belarus Araşdırmalar Mərkəzi tərəfindən təqdim edilmiş yeni hesabata görə, Belarus şirkətləri 2022–2025-ci illərdə Rusiyaya 20 mindən çox dron satıb.
Oqtay QORÇU Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu