Belarus Ukraynanı hədələdi

29.06.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ukrayna Silahlı Qüvvələri sərhədi keçərsə, Belarus cavab vermək üçün əlində olan bütün resurslardan istifadə edəcək.

Modern.az xəbər verir ki, bunu Belarusun xarici işlər nazirinin müavini İqor Sekreta Kiyevdən gözlənilən mümkün hücumlarla bağlı bildirib.

“Əgər sərhəd icazəsiz və ya aqressiv şəkildə keçilərsə, biz bütün imkanlarımız və resurslarımızla cavab verəcəyik”, – deyə Sekreta vurğulayıb.

O, həmçinin deyib ki, Ukrayna tərəfi bundan xəbərdardır.

Qeyd edək ki, son vaxtlar Belarusun Rusiya-Ukrayna müharibəsinə cəlb edilməsi cəhdləri ilə bağlı müzakirələr getdikcə daha da intensivləşir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью