Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Belarus xarici işlər naziri Maksim Rıjenkov avqustun 28-də Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla görüşüb.
XQ xəbər verir ki, bu barədə Belarus XİN məlumat yayıb.
"Tərəflər yüksək səviyyədə Belarus-Azərbaycan dialoqunun yüksək dinamikasını, dövlətlərarası münasibətlərin dostcasına və konstruktiv xarakterini, ticarət-iqtisadi və humanitar əməkdaşlıqda əldə edilən nəticələri müsbət qiymətləndiriblər", - məlumatda qeyd edilib.
Görüşdə həmçinin iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlığın daha da intensivləşdirilməsində maraqlı olduqları təsdiqlənib.