Belarus və Azərbaycan ixrac tədarükünə dair sazişlər imzalayıb

08.10.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Belarus ixracatçılarının Azərbaycana biznes-missiyası zamanı əməkdaşlıq haqqında sazişlər bağlanıb.

"Report" xəbər verir ki, sazişlər Belarusa məxsus "Roqaçyov MKK" ASC ilə Azərbaycana məxsus "Foodini" və "Yaylaq" MMC-lər arasında imzalanıb.

Sənədlərə "Roqaçyov MKK" filialının kommersiya məsələləri üzrə direktor müavini Marina Vasilyevna Melniçenko, "Foodini"nin direktoru Elçin Bilalov və "Yaylaq"ın direktor müavini Valeh Hüseynov imza atıblar.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью