Belarus xaricdə seçki məntəqələrini açmayacaq

10.01.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Belarus adekvat təhlükəsizlik tədbirlərinin görülməməsi səbəbindən xaricdə seçki məntəqələrini açmayacaq. 

"Unikal" xəbər verir ki, bu barədə respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko açıqlayıb. 

"Belarus xaricdə seçki məntəqələri açmayacaq. Bu, əvvəllər başqa dövlətlərin ərazisində yaradılmış həmin ərazilərdə təhlükəsizlik tədbirlərinin görülməməsi, eləcə də bəzi ölkələrdə diplomatik korpus əməkdaşlarının sayının azaldılması ilə bağlıdı", - o deyib.

Karpenko ümid etdiyini bildirib ki, qonşu dövlətlər Belarus vətəndaşlarının seçki hüquqlarından istifadə etmək üçün sərhədi keçməsinə maneə yaratmayacaqlar.

Ağarza Elçinoğlu 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью