Belarus XİN: Dəməşqdəki səfirliyimiz fəaliyyətini davam etdirir

09.12.2024

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Belarusun Suriyadakı səfirliyi fəaliyyətini davam etdirir, diplomatlar mövcud şəraitdə öz işlərini yerinə yetirirlər.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anatoli Qlaz məlumat verib.

"Vəziyyət mürəkkəbdir, ona görə də xarici nümayəndəlik belə vəziyyətdə nəzərdə tutulan bütün təhlükəsizlik tədbirlərini həyata keçirib. Bununla yanaşı, biz hakimiyyətə gələn müxalifət nümayəndələrinin Dəməşqdəki diplomatik nümayəndəliklərin təhlükəsizliyinə zəmanət verilməsi ilə bağlı bəyanatını nəzərə almışıq", - o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью