Belarusda çağırışçılar hərbi xidmətə çağırılır...

01.09.2026

Icma.az bildirir, Sia Az portalına istinadən.

Onlar “ərazi müdafiəsi” təlimlərində iştirak edəcəklər...

...Müdafiə Nazirliyi ərazi qüvvələrinin çağırışçıları üçün hərbi təlim sessiyalarının Qomel bölgəsində və Minskdə keçiriləcəyini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, təlim sessiyaları 1-25 sentyabr tarixlərində Qomeldə, Qomel bölgəsinin Svetloqorsk və Oktyabrski rayonlarında, eləcə də Minsk şəhərinin Zavodskoy rayonunda keçiriləcək.

Məqsəd çağırışçıların bacarıqlarını təkmilləşdirmək və yerli hakimiyyət orqanlarını "ərazi qüvvələrinin hərbi hissələrinin və bölmələrinin formalaşdırılmasında" öyrətməkdir.

Təlim sessiyalarının son mərhələsində Qomel bölgəsindən olan çağırışçılar Ərazi Müdafiə İdarəsinin rəisi - Baş Qərargah rəisinin müavininin rəhbərliyi ilə komanda-qərargah təlimlərində iştirak edəcəklər.

Taktiki təlimlər paytaxtda Şəhər İcraiyyə Komitəsi sədrinin müavininin rəhbərliyi altında keçiriləcək.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью