Belarusda həkimlər üçün “virtual xəstə” proqramı hazırlanıb

13.05.2026

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Belarusda tibb tələbələri və həkimlər üçün “MedExam” adlı virtual xəstə proqramı yaradılıb.

AZƏRTAC Belarusun BelTA informasiya agentliyinə istinadla xəbər verir ki, layihə Vitebsk Dövlət Tibb Universiteti və Yüksək Texnologiyalar Parkının rezidentlərindən biri tərəfindən hazırlanıb. Məlumata görə, proqram simulyasiya olunmuş klinik şəraitdə diaqnoz və müalicə bacarıqlarının inkişafına xidmət edir.

Platformanın açıq sistemi müxtəlif tibbi ssenarilərin əlavə edilməsinə imkan verir. Hazırda 12 ssenari hazırlanıb.

Qeyd olunub ki, virtual xəstə proqramından həm təlim, həm də gələcək həkimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün istifadə ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью