Belarusda keçirilən prezident seçkilərində seçicilərin 7,81% i vaxtından əvvəl səs verib Doğru Xəbərlər

22.01.2025

Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.

Prezident seçkilərində erkən səsvermənin ilk günündə Belarus seçicilərinin fəallığı 7,81% təşkil edib.

Bu barədə Respublika Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Brest vilayətində vətəndaşların 8,95 faizi, Vitebsk vilayətində – 7,45 faizi, Qomel vilayətində – 7,01 faizi, Qrodno vilayətində – 6,08 faizi, Minsk vilayətində – 8,52 faizi, Mogilev vilayətində – 7,25%, Minskdə – 8,54%.

Bundan əvvəl Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri İqor Karpenko   hazırkı “aqressiv” geosiyasi mühit fonunda respublikada prezident seçkiləri zamanı müxtəlif hadisələrə hazır olduğunu bəyan edib.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью