Belarusda KTMT nin genişmiqyaslı hərbi təlimləri başlayıb Pribaltika ölkələri narahatdır

01.09.2025

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Belarusda avqustun 31-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi təlimləri start götürüb. Manevrlərdə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan olan 2000-dən çox hərbçi iştirak edir.

Dövlət agentliyi “Belta”nın məlumatına görə, hazırda üç istiqamətdə təlim keçirilir:

- KTMT-nin Kollektiv Operativ Reaksiya Qüvvələri ilə birgə “Vzaimodeystviye-2025”;

- Kəşfiyyat bölmələri ilə “Poisk-2025”; maddi-texniki təminat qüvvələri ilə

- “Eshelon-2025”.

Təlimlərin açılış mərasimi Vitebskdə keçirilib.

“RIA Novosti” yazır ki, manevrlərdə 450-dən çox texnika və silah sistemi, o cümlədən 9 təyyarə və helikopter, həmçinin 70-dən artıq müxtəlif tipli pilotsuz uçuş aparatı istifadə olunacaq.

Belarus rəsmilərinin sözlərinə görə, təlimlərin keçirildiyi ərazilər qərb və cənub sərhədlərindən ölkə daxilinə çəkilib. Baş Qərargah rəisi, general-mayor Pavel Muraveyko bunu Prezident Aleksandr Lukaşenkonun şəxsi göstərişi ilə izah edib: “Biz təlimləri sərhədlərdən uzaq keçirməyə qərar verdik ki, kimsə bizi təxribatlarda günahlandırmasın”, – deyə o bildirib.

Xatırladaq ki, Baltikyanı ölkələrdə və Qərbdə bu manevrlər narahatlıqla qarşılanır. Analitiklər qeyd edirlər ki, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan əvvəl də Belarus ərazisində oxşar təlimlər keçirilmişdi.

KTMT-nin cari təlimləri 6 sentyabrda başa çatacaq. Ardınca isə 12–16 sentyabr tarixlərində Belarusda Rusiya ilə birgə “Zapad-2025” manevrləri planlaşdırılır. Muraveyko bildirib ki, bu təlimlər çərçivəsində nüvə silahının tətbiqi üzrə planlaşdırma ssenariləri işlənəcək, lakin real sınaqlar aparılmayacaq.

Qeyd edək ki, Rusiya - Ukrayna müharibəsindən sonra Belarus ərazisində Moskvanın taktiki nüvə silahı yerləşdirilib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью