Belarusda MSK Anna Kanopatskayanın qeydiyyatı üçün sənədlərini qəbul edib

13.12.2024

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fərdi sahibkar Anna Kanopatskaya Belarusun Mərkəzi Seçki Komissiyasına (MSK) prezidentliyə namizəd kimi qeydiyyatdan keçmək üçün lazım olan sənədləri təqdim edib.

Bizimyol.info xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

MSK-dan verilən məlumata görə, prezidentliyə namizədliyi irəli sürülmüş şəxs komissiyaya namizədliyini irəli sürmək üçün yazılı razılıq ərizəsini, bioqrafik məlumatları, təhsili, iş yeri, vəzifəsi haqqında məlumatları təsdiq edən arayış və ya sənədlərin surətlərini və s. təqdim etməlidir. Prezidentliyə namizəd kimi qeydiyyatdan keçmək üçün ən azı 100 min seçici imzası toplamaq lazımdır. Şöbədən bildirilib ki, prezidentliyə namizədin qeydə alınması üçün tələb olunan sənədlər dekabrın 21-i daxil olmaqla komissiyaya təqdim edilməlidir.

Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-da keçiriləcək. Prezidentliyə namizədlər MSK-da qeydiyyatdan keçmək üçün Belarus Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov, Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijnyak, Belarus Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç də sənədlərini də təqdim edib.

Bundan əvvəl hazırkı prezident Aleksandr Lukaşenkonun dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üzrə təşəbbüs qrupunun nümayəndələri prezidentliyə namizəd kimi qeydiyyata alınması üçün zəruri olan 100 min imzanın toplandığını bəyan etmişdilər.

Mərkəzi Seçki Komissiyasının rəhbəri İqor Karpenko bəyan edib ki, prezidentliyə namizədlərin qeydiyyatı dekabrın 23-də baş tuta bilər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью