“Belarusda nüvə silahı var” Lukaşenko

10.12.2024

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


“Belarusda nüvə silahı var”.
Yeniavaz.com
“BelTA” agentliyinə istinadla xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Mən bura nüvə başlıqları gətirmişəm. Həm də bir deyil, onlarla”, - deyə Belarus lideri Rusiyanın nüvə silahı olmayan, lakin böyük gücə malik olan “Oreşnik” raket kompleksinin Belarusda yerləşdirilməsi planları ilə bağlı suala cavab verərkən bildirib.
Belarus Prezidenti bu cür bəyanatları zarafat hesab edən rəqiblərinin bu anı “görmədiklərini” və “qaçırdıqlarını” qeyd edib.  
“Nüvə silahından istifadə etmək böyük məsuliyyətdir. Ən azı Xirosima və Naqasakidən sonra hələ heç kim nüvə silahı düyməsinə basmayıb. Mən bütün düşmənlərimə, “dostlarıma” və rəqiblərimə xəbərdarlıq etdim: əgər dövlət sərhədi xəttinə addım atsanız, cavab dərhal olacaq. Mən artıq baxmayacağam, bu nüvə silahıdır, yoxsa başqa bir şey”, - Lukaşenko deyib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью