Belarusda nüvə silahı var Lukaşenko təsdiqlədi: Gözdən qaçırıblar

10.12.2024

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Belarusda onlarla döyüş başlıqlı nüvə silahı var.

Publika.az BELTA-ya istinadən xəbər verir ki, bu barədə respublika prezidenti Aleksandr Lukaşenko bildirib.

“Mən bura nüvə başlıqları gətirmişəm. Ondan çox parça. Çoxları elə bilir və yazır ki, ah, bu zarafatdır, heç kim heç nə idxal etməyib. Qərb ölkələrinin bunun zarafat olduğunu demələri isə onların gözlərinin bağlı olduğundan xəbər verir. Deməli, görməyiblər, gözdən qaçırıblar”, - deyə Lukaşenko bildirib.

Qeyd edək ki, bu barədə Belarus prezidenti “Oreşnik” raket sisteminin yerləşdirilməsi ilə bağlı sualdan sonra açıqlama verib.

Adəm

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью