Belarusda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

27.01.2025

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində 5 milyon 136 min 293 səs toplayıb. Bu da ümumi səslərin 86,82 faizini təşkil edir.

News24.az xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında bildirib.

Mərkəzi Seçki Komissiyasının sədri məlumat verib ki, prezidentliyə namizəd Oleq Qaydukeviçə 119 272 (2,02 faiz) seçici səs verib, Anna Kanopatskaya 109 760 (1,86 faiz) səs alıb, Sergey Sırankov 189 740 (3,21 faiz) səs toplayıb, Aleksandr Xiznyak isə 102 729 (1,74 faiz) səs alıb. Karpenko qeyd edib ki, bütün namizədlərin əleyhinə 213 277 (3,60 faiz) seçici səs verib. 

O, məlumat verib ki, Mərkəzi Seçki Komissiyası fevralın 3-də Belarusda prezident seçkilərinin yekun nəticələrinin müəyyən edilməsi üçün iclas keçirməyi planlaşdırır.

Aynurə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью