Belarusda seçki: Putin Batyaya zəng etdi

19.01.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Vladimir Putin Aleksandr Lukaşenkonu Vəftiz münasibətilə təbrik edib və Belarusun bütün pravoslav vətəndaşlarına ən xoş arzularını çatdırıb. Putin Lukaşenkoya yanvarın 26-da keçiriləcək prezident seçkilərində də uğurlar arzulayıb”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, Belarusda prezident seçkiləri 26 yanvarda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью