Статья не опубликована
Belarusda silahlı qüvvələrin döyüş hazırlığının yoxlanılmasına başlanılıb | Icma.az

Belarusda silahlı qüvvələrin döyüş hazırlığının yoxlanılmasına başlanılıb

24.03.2025

Aznews.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Belarus lideri Aleksandr Lukaşenkonun göstərişi ilə silahlı qüvvələrin döyüş hazırlığının yoxlanılmasına başlanılıb.

Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

“Hərbi hissələrdən birinin şəxsi heyəti döyüş hazırlığı tapşırıqlarını yerinə yetirmək üçün texnika və silahların hazırlanması, o cümlədən materialların yüklənməsi və silahlı qüvvələrin poliqonlarından birinə keçmək üçün bir sıra tədbirlər həyata keçirməli olacaq”, - bəyanatda deyilir.

Gələcəkdə yoxlamaya cəlb olunan bölmələr təyin olunmuş ərazidə mühəndis avadanlıqları, kamuflyaj, mühafizə və müdafiə tədbirləri təşkil etməli olacaqlar. Onlar həmçinin standart silahlardan sınaq atışları həyata keçirməlidirlər.

Mövsüm

Aznews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью