Belarusda Spotify bloklanacaq

28.11.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Belarusda dekabrın 1-dən "Spotify" musiqi xidmətindən istifadə məhdudlaşdırılacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə qərar respublikanın Vergilər və Rüsumlar Nazirliyi tərəfindən verilib.

Nazirliyin məlumatına görə, şirkət əlavə dəyər vergisi borcunu ödəməyib.

"Xidmət tərəfindən Belarus Respublikasında məzmunun paylaşılması dayandırılacaq ki, bu da öz növbəsində qeyri-rezident şirkətin Belarus abunəçilərindən gəlir əldə etmək imkanını məhdudlaşdıracaq", - bəyanatda deyilir.

"Spotify" 2006-cı ildə İsveçdə təsis edilib. Bu, dünyanın ən böyük musiqi, podkast və audiokitab yayım xidmətlərindən biridir. Platformanın məlumatına görə, onun Belarusda təxminən 58 000 istifadəçisi var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью