Belarusdan Litvaya PUA buraxılıb VİDEO

28.07.2025

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Litva mətbuatının yaydığı məlumata görə, hadisə ilə əlaqədar paytaxt Vilnüsdə həyəcan siqnalı səslənib, əhaliyə ehtiyatlı davranmaq tapşırılıb.
Təqribən 200 metr yüksəklikdə Vilnüs yaxınlığında uçan PUA-nın hansı istiqamətə düşdüyü, hansısa obyektə zərər vurub-vurmadığı istiqamətində hazırda axtarışlar aparılır.
Hadisənin ardınca ölkənin müdafiə naziri Dovile Şakalene Litva-Belarus sərhədinə nəzarətin artırılması barədə tapşırıq verib.
Xatırladaq ki, iyulun əvvəlində sərhəd yaxınlığında Belarusa məxsus PUA qəzaya uğramışdı.

Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью