Belarusiyada niyə “Oreşnik” raketi yerləşdirilir?

27.11.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Belarusda “Oreşnik” raket sisteminin yerləşdirilməsi KTMT-nin qərb sərhədlərini qoruyacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.

O vurğulayıb ki, bu cür tədbirlər təşkilatın qərb sərhədlərində baş verən hadisələrə cavab olaraq həyata keçirilir:

“Biz silahlı qüvvələrimizin sayını artırmırıq. Onların keyfiyyətinə, ən son, ən müasir texnika ilə təchiz edilməsinə və ərazimizdə yerləşdirilməsinə diqqət yetiririk. Xüsusilə, “Oreşnik” əməliyyat-taktiki kompleksinin yerləşdirilməsi bütün təşkilat üçün müdafiədir”.

Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko “Oreşnik” raket sisteminin bu ilin dekabrında Belarusda yerləşdiriləcəyini bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью