Belarusla Özbəkistan strateji tərəfdaş olur

09.07.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Belarus Prezidenti Aleksandr Lukaşenko və Özbəkistan Prezidenti Şövkət Mirziyoyev iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair bəyannamə imzalayıblar.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, sözügedən bəyannamə sənaye, kənd təsərrüfatı, nəqliyyat logistikası və regionlararası əməkdaşlığın müxtəlif sahələrində əməkdaşlığı dərinləşdirməyi hədəfləyir.

Məlumata görə, Lukaşenko bu bəyannaməni tarixi addım adlandırıb. Onun fikrincə, sənəd bərabərlik, qarşılıqlı hörmət, etimad prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin yüksək səviyyəsini formal olaraq təsbit edir.

Qeyd edək ki, Özbəkistan lideri Mirziyayev Belarusda səfərdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью