Belaruslar Sumqayıtda, Başakşəhər evdə, Çelsi səfərdə qalib gəldi

13.12.2024

Icma.az, Qol.az saytına istinadən bildirir.

Bu gün UEFA Konfrans Liqasında Liqa mərhələsinin 5-ci turunun oyunları keçirilib.

QOL.az xəbər verir ki,  Türkiyə təmsilçisi "Başakşehir" öz meydanında "Haydenhaym"la (Almaniya) qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.

“Çelsi” (İngiltərə) Qazaxıstanda “Astana”nı məğlub edib - 3:1. “Fiorentina” (İtaliya) evdə Avstriyanın LASK klubu ilə üz-üzə gəlib və 7 cavabsız qolla qələbə qazanıb.

Oyunlardan biri də Sumqayıtda keçirilib. Belarusun "Dinamo" (Minsk) klubu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Şimali İrlandiya təmsilçisi "Larne"i qəbul edib. UEFA Ukraynadakı müharibə ilə əlaqədar Belarus klublarına ev oyunlarını doğma meydanda keçirmək qadağası qoyub. Bu səbəbdən onlar avrokubok matçlarında rəqiblərini neytral meydanda - "Mehdi Hüseynzadə"də qəbul edirlər. Azarkeşsiz keçirilən oyun "Dinamo"nun qələbəsi ilə başa çatıb - 2:0.

12 dekabr

UEFA Konfrans Liqası

Liqa mərhələsi, 5-ci tur

17:00. “Vikinqur” (İslandiya) - “Dyurqarden” (İsveç) - 1:2

19:30. “Astana” (Qazaxıstan) - “Çelsi” (İngiltərə) - 1:3

21:45. “Kopenhagen” (Danimarka) - “Harts” (Şotlandiya)

21:45. “Fiorentina” (İtaliya) - LASK (Avstriya) - 7:0

21:45. “Başakşəhər” (Türkiyə) - “Haydenhaym” (Almaniya) - 3:1

21:45. “Legiya” (Polşa) - “Luqano” (İsveçrə) - 1:2

21:45. HJK (Finlandiya) - “Molde” (Norveç) - 2:2

21:45. “Olimpiya” (Sloveniya) - “Serkl Brügge” (Belçika) - 1:4

21:45. “Petrokub” (Moldova) - “Betis” (İspaniya) - 0:1

21:45. “Dinamo” (Belarus) - “Larne” (Şimali İrlandiya) - 2:0

21:45. “Noa” (Ermənistan) - APOEL (Kipr) - 1:3

00:00. “Gent” (Belçika) - TSK (Serbiya) - 3:0

00:00. “Omoniya” (Kipr) - “Rapid” (Avstriya) - 3:1

00:00. “Şemrok Rovers” (İrlandiya) - “Borats” (Bosniya və Herseqovina) - 3:0

00:00. TNS (Uels) - “Panatinaikos” (Yunanıstan) - 0:2

00:00. “Mlada Boleslav” (Çexiya) - “Yagelloniya” (Polşa) - 1:0

00:00. “Sankt Qallen” (İsveçrə) - “Vitoriya” (Portuqaliya) - 1:4

00:00. “Pafos” (Kipr) - “Sele” (Sloveniya) - 2:0

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью