Belarusun qızıl valyuta ehtiyatları 15,24 milyard dolları keçdi

04.09.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Belarusun qızıl-valyuta ehtiyatları 1 sentyabr 2026-cı il tarixinə 15,24 milyard dolları keçib. 

Bakıvaxtı.az "Bloomberg"ə istinaən xəbər verir ki, bu barədə Belarus Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, bu ilin avqust ayında qızıl və valyuta ehtiyatları 1,04 milyard dollardan çox artıb. Bu artım əsasən beynəlxalq maliyyə bazarlarında qızılın qiymətlərinin artması ilə əlaqədardır.

Belarusun pul siyasəti hədəflərinə görə, ölkənin beynəlxalq ehtiyat aktivləri 2026-cı ilin sonuna qədər ən azı 9,2 milyard dollar təşkil etməlidir. 

Qeyd edək ki, Belarusun beynəlxalq ehtiyat aktivlərinin ən böyük payını xarici valyuta aktivləri və monetar qızıl təşkil edir. 

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью