Belçika Audi zavodunda silah istehsal etməyi təklif edib

08.03.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Belçikanın müdafiə naziri Teo Franken fəaliyyətdən dayanmış Audi avtomobil zavodunda silah istehsalını təşkil etmək planlarını açıqlayıb.

APA xəbər verir ki, bu barədə martın 7-də “Belga” agentliyi məlumat yayıb.

“Belçikanın müdafiə naziri Teo Franken Vorstda bu yaxınlarda bağlanmış Audi zavodunu müdafiə istehsalına çevirmək planlarını açıqlayıb. O, gələn həftə müdafiə sənayesi rəsmiləri ilə birlikdə əraziyə baş çəkməyi planlaşdırır”, - agentlik bildirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью