Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Avropa Rusiya ilə müharibə aparmır və onun maliyyə aktivlərini müsadirə edə bilməz”.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Bart de Vever Davosda bildirib.
Eyni zamanda siyasətçi sonda Rusiyanın aktivlərinin Ukraynanın bərpasına xərclənəcəyinə əminliyini ifadə etdi.
Belçikanın baş naziri bildirib ki, “Bu pulun hətta bir avrosu belə Moskvaya qayıtsa, çox kədərlənərdim”.
Həmçinin 19 dekabrda Brüsseldə keçirilən Aİ sammitindən sonra de Vever bildirib ki, Avropa İttifaqı Rusiyaya heç vaxt bloklanmış aktivlərini verməyi planlaşdırmır.
Qeyd edək ki, Aİ-də 210 milyard avrodan çox Rusiya vəsaiti bloklanıb, bunun 185 milyard avrosu Belçikada saxlanılır. Avropa Komissiyası hesablayır ki, münaqişə bitdikdən sonra Rusiyanın Ukraynaya borclu olduğu iddia edilən təzminat məbləği 500 milyard avronu keçib.
Rusiya prezidenti Vladimir Putin Aİ-nin Rusiya aktivlərindən istifadə edərək onları Ukraynaya təhvil vermək planlarını “oğurluq” adlandırıb.
O qeyd edib ki, Rusiya vəsaitlərinin müsadirə edilməsi avrozonaya etimadı kəskin şəkildə azaldacaq.
Maqsud