Belçika Azərbaycanı Ostendedə qəbul edəcək

10.01.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2025-in seçmə mərhələsində son 2 görüşünün məkanı və oyun saatları müəyyənləşib.

"Unikal" xəbər verir ki, yığmamız Belçika ilə fevralın 6-da Bakı vaxtı ilə saat 23:15-də meydana çıxacaq.

Qrupun lideri komandamızı Ostende şəhərində "COREtec Dome" arenada qəbul edəcək.

Bu oyundan üç gün sonra saat 17:00-da millimiz "Sərhədçi" İdman Mərkəzində Polşa yığmasını sınağa çəkəcək.

Qeyd edək ki, basketbolçularımız qrup mərhələsində keçirdikləri bütün oyunları uduzublar.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью