Belçika Baş naziri: Rusiyanın pullarını müsadirə etmək “müharibə aktı”dır

22.01.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın pullarını müsadirə etmək düzgün deyil, çünki bu, “müharibə aktı” hesab olunur.

APA xəbər verir ki, bu barədə Belçika Baş naziri Bart De Vever Davosda Dünya İqtisadi Forumunda panel müzakirəsində bildirib

“Biz Rusiya ilə müharibə vəziyyətində deyilik. Avropa Rusiya ilə müharibə aparmır. Pulları sadəcə müsadirə etmək olmaz”, – De Vever vurğulayıb.

O əlavə edib ki, hətta İkinci Dünya müharibəsi zamanı belə bloklanmış vəsaitlər tamamilə müsadirə edilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью