Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Belçikanın Baş naziri Bart de Vever bildirib ki, "ABŞ güclü ola bilər, amma şərəfimiz satılmır, biz kölə deyilik".
Turkustan.az xəbər verir ki, De Vever Dünya İqtisadi Forumunun iclaslarında iştirak etdiyi İsveçrənin Davos şəhərindən qayıtdıqdan sonra Belçika Parlamentində çıxış edib.
ABŞ-ın Qrenlandiya ilə münasibətlərindən danışan De Vever, əsl fəlakətin çətinliklə qarşısı alındığını bildirdi.
Avropanın lazımi dərsləri öyrənməli olduğuna diqqət çəkən De Vever, hərbi və ticarət məhdudiyyətləri təhdidlərinin hələlik qarşısı alındığını bildirib və əlavə edib ki, "yeni ticarət müharibəsindən heç kim faydalanmayacaq".
De Vever, ideal bir dünyada Avropa ilə ABŞ arasındakı əlaqələrin güclü qalacağını, lakin ideal bir dünyada yaşamadığımızı qeyd edərək əlavə etdi: "Avropalılar olaraq, qarışıq dövrlərə hazırlaşmalıyıq".
De Vever Avropanın hərbi müstəqilliyini bərpa etməsinin vacibliyini vurğuladı və Avropanın qətiyyətli hərəkət etməli olduğunu bildirdi.
Aytən Yaşar/ Turkustan.az