Belçika dron təhlükəsi ilə üz üzə

28.01.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Belçikada 2025-ci ilin sentyabrından bu yana 558 şübhəli dron uçuşu barədə məlumat daxil olduğu bildirilir.

"Cebheinfo.az" xəbər verir ki, Belçika Milli Böhran Mərkəzi (NCCN), 2025-ci ilin sentyabrı ilə 2026-cı il yanvarın 21-i arasındakı müddətdə ölkə daxilində 558 şübhəli dron fəaliyyəti barədə hesabat yayımlayıb.

Daxili işlər naziri Bernard Kuintin Federal Parlamentin müvafiq komitəsində verdiyi açıqlamada, bu halların ölkənin hava məkanının təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar doğurduğunu qeyd edib.

Belçika hava məkanında yaşanan bu intensivlik səbəbindən Brüssel Zaventem və Lyej hava limanlarında ümumilikdə doqquz dəfə hava hərəkəti dayandırılıb.Şübhəli dron fəaliyyətlərinin detalları isə aşağıdakı kimidir:

*130 uçuş hərbi ərazilər üzərində

*66 uçuş nüvə obyektlərinin ətrafında

*Digər hallar isə hava limanları və yüksək riskli sənaye zonaları kimi kritik infrastruktur nöqtələrində qeydə alınıb.

Nazir Kuintin bildirib ki, hesabatlardakı ümumi say bəzi hallarda şişirdilmiş ola bilər, lakin bəzi dron uçuşlarının isə qeydiyyata düşmədən həyata keçirilməsi ehtimalı da mövcuddur.

Kuintin, təhlükəsizlik xidmətlərinin ilkin təhlillərinə əsasən, bu uçuşların "vətəndaşlara və ya infrastruktura birbaşa təhlükə" yaratmaqdansa, daha çox "gözdağı vermək və narahatlıq yaratmaq" məqsədi daşıdığını vurğulayıb.

İntensiv dron fəaliyyətinin təhlükəsizlik baxımından real təhdid olub-olmadığına dair qiymətləndirmələr hələ də davam edir.

Qeyd edək ki, ötən ilin son üç ayında Polşa, Rumıniya, Estoniya və Danimarkadan sonra, Avropa İttifaqı qurumlarına və NATO-ya ev sahibliyi edən Belçikanın da əsas gündəmini uzun müddətdir dron məsələləri zəbt edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью