Belçika geri addım atdı: F16ları verə bilmir | Icma.az
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq. Belçika Ukraynaya göndəriləcək olan F-16 təyyarələrinin çatdırılmasını təxirə salıb.
Axar.az xəbər verir ki, bunu krallığın müdafiə naziri Ludivin Dedonder Polşaya səfəri zamanı deyib.
“Belçika bu il Ukraynanı ilk iki F-16 təyyarəsi ilə təmin edə bilməyəcək.
Çünki təlim keçmiş pilotlar və ehtiyat hissələri yoxdur”, - nazir bildirib.
Qeyd edək ki, ilin əvvəlində Belçika Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb və bu müqavilədə xüsusən də 2028-ci ilə qədər Belçika ordusunun inventarından çıxarılan 30 köhnə F-16-nı Ukraynaya verməyi vəd edib.
Bu təyyarələrdən ilk ikisinin bu ilin sonuna qədər təhvil verilməsi nəzərdə tutulurdu.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu