Belçika klubu Borussiya nın etdiyi təklifi qəbul etmədi

12.07.2026

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Genk" Borussiya (Dortmund)un Konstantinos Karetsas üçün etdiyi təklifi rədd edib.

Sportal.az xəbər verir ki, Dortmund klubu 18 yaşlı yarımmüdafiəçi üçün 30 milyon avro təklif edib. Təklifə həmçinin futbolçunun gələcək satışından Belçika klubuna müəyyən faiz ödənilməsini nəzərdə tutan bənd də daxil edilib. Buna baxmayaraq, “Genk” bu təklifi qəbul etməyib.

Karetsas ötən mövsüm Belçika çempionatında 34 oyun keçirib və 10 məhsuldar ötürmə edərək “Genk”in ən yaxşı assistenti olub.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью