Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Belçika millisinin yeni baş məşqçisi məlum olub.
Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Mark van Bommelə tapşırılacaq. Bu barədə “Nieuwsblad” nəşri məlumat yayıb. Tərəflər arasında müqavilə 2028-ci ilin sonuna kimi olacaq.
Belçika millisində bir neçə gün əvvəl Rudi Qarsiya ilə yollar ayrılıb.
“Qırmızı şeytanlar” dünya çempionatında 1/4 finalda çempion İspaniyaya uduzub – 1:2.
Mark van Bommel məşqçi karyerası ərzində PSV, “Volfsburq” və “Antverp”də işləyib.