Belçika millisində yeni baş məşqçi

24.01.2025

Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Belçika milli komandasına yeni baş məşqçinin təyinatı rəsmiləşib.

Manset.az xəbər verir ki, bu barədə məşhur Belçika Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yığma komandanı Rudi Qarsiya çalışdıracaq. 60 yaşlı fransalı mütəxəssis bu vəzifədə bir neçə gün əvvəl millidən ayrılan Domeniko Tedeskonu əvəzləyib. 

Qeyd edək ki, Rudi Qarsiya karyerası ərzində “Sent Etyen”, “Lill”, “Olimpik”, “Roma” “Əl-Nəsr” kimi klubları, son olaraq isə “Napoli”ni çalışdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью