Belçika millisinin baş məşqçisi: “Qızlar möhtəşəm iş gördülər”

25.08.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Belçika millisinin baş məşqçisi Kris Vansnick Avropa çempionatının C qrupunda Rumıniya ilə keçirilən oyundan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının xüsusilə qəbul zamanı oyunu yaxşı idarə etdiyini bildirib.

“Bu gün göstərdiyimiz oyundan çox məmnunam. Qəbul zamanı oyunu çox yaxşı idarə edirdik. Çox yaxşı hazırlaşmışdıq və qızlar möhtəşəm iş gördülər. Meydanda hər şeyi düzgün etdilər.

Düşünürəm ki, fərq ilk set ərzində çox aydın idi. Daha sonra Rumıniya oyununu bir qədər dəyişdi və biz də bir az uyğunlaşmalı olduq. Amma ümumilikdə hər şey çox yaxşı alındı”.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью