Belçika millisinin müdafiəçisi “Sanderlend”ə keçəcək

15.07.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Belçika millisinin müdafiəçisi Toma Menye “Sanderlend”ə pulsuz transferlə qoşula bilər.

İdman.Biz bu barədə jurnalist Devid Ornşteynə istinadən bildirir.

Mənbənin məlumatına görə, müqavilə iki mövsümlükdür. Oyunçu müqaviləni imzalamadan əvvəl tezliklə tibbi müayinədən keçəcək.

Toma Menye Belçika futbol akademiyasının yetirməsidir. O, əvvəllər "Brugge", "Pari Sen-Jermen", "Borussiya Dortmund", "Trabzonspor" və "Lill" klublarında oynayıb. O, həmçinin Belçika millisini də təmsil edir. Onun hazırkı transfer dəyəri 1,5 milyon avrodur.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью