Belçika millisinin sabiq futbolçusu 54 yaşında vəfat edib

08.12.2025

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Belçika millisinin sabiq müdafiəçisi Qlen De Buk 54 yaşında vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə onun sonuncu dəfə çalışdığı "Kortreyk" (Belçika) klubunun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis beyin qanaması keçirib və daha sonra komaya düşüb. O, göstərilən tibbi yardıma baxmayaraq, özünə gələ bilməyib.

Qeyd edək ki, Qlen De Buk futbolçu kimi "Anderlext"də üç dəfə Belçika çempionu (2000, 2001, 2004) və iki dəfə ölkə Superkubokunun (2000, 2001) qalibi olub. O, 2005-ci ildə peşəkar karyerasını başa vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью